İlin sonuna damğa vuran maraqlı karikatura - FOTO

2014-cü il yəqin ki, nadir illərdəndir ki, heç kim onun üçün darıxmayacaq, bəzilərimiz isə dəhşət yuxusu kimi unutmağa çalışacaq. Bu ildə bütün dünyada nələr baş verdi?

FaktXəbər-in verdiyi məlumata görə, bu il İsrailin Qəzzaya hücumu, təyyarə qəzaları, Maydan hadisələri, Ebola virusu, İŞİD cinayətləri və sair faciələrlə yadda qaldı. Sosial şəbəkələrdə bununla bağlı maraqlı karikatura paylaşılıb. Şəkildə görünür ki, at çaparaq qan-tər içində birtəhər finişə çatır. 2015-ci ilin astanasında duran qoyun isə qorxaraq ona baxır. Çünki həm at ilinin qanlı və ağır yükünü daşıma məsuliyyətini, həm də mümkün qədər məsələləri həll edərək birtəhər gələn ilə çatmalı olduğunu anlayır. Ancaq atın qan-tər içindəki vəziyyətini görəndə, öz astagəlliyi ilə də bir qədər çətinliklərlə üzləşəcəyini anlayır.

FaktXəbər olaraq həmin maraqlı karikaturanı Sizlərə təqdim edirik.


 

Google+ WhatsApp ok.ru