Livanda korrupsiya və zibil böhranı böyüyür

Livanın paytaxtı Beyrutda, "korrupsiya" və "zibil" böhranına görə başlayan hökumət əleyhinə aksiyalar, ikinci gündür davam edir.
 
Maide.az xəbər verir ki, paytaxtdakı Riyad əs-Sülh Meydanında toplaşan minlərlə nümayişçi, "vətəndaşların gündəlik həyatına mənfi təsir edən problemlərin həllini tapmamasından" ötrü hökumət əleyhinə mitinq keçirib.
 
Beyrutda dünən başlayan aksiyaları bu gün də davam etdirən nümayişçilər atılan "səhv siyasi addımları" pisləyərək hökuməti istefaya çağırıb. Hökumət rəsmilərinə müraciət edən nümayişçilər, "xalq hökumətin devrilməsini istəyir" şəklində şüarlar səsləndirib.

Google+ WhatsApp ok.ru