Livanda yeni baş nazir seçilib

Livanda yeni baş nazir seçilib

Livan hökumətinə Saad əl-Xəriri başçılıq edəcək.
 
Onun namizədliyini Livanın yeni seçilmiş prezidenti Mişel Aun irəli sürüb.
 
Saad əl-Xərərinin lehinə 127 deputatdan 110-u səs verib.
 
Əl-Xəriri qərbyönlü “Əl-Müstakbal” hərəkatının başçısıdır.
 
Livanın “Hizbullah” təşkilatı bir qayda olaraq, əl-Xərririyə qarşı çıxırdı, ancaq səsvermə zamanı hizbullahçılar bu addımı atmayıb.
 
Livanın keçmiş baş naziri, müxalifət rəhbəri Saad əl-Xəriri bildirib ki, Suriya Prezidenti Bəşşar Əsəd rejiminin devrilməsi qaçılmazdır.
 
Qeyd edək ki, o, 2000-ci il oktyabrın 23-dən 2004-cü il oktyabrın 21-dək Livanın baş naziri olmuş, 2005-ci il oktyabrın 19-da terror nəticəsində ölmüş Rafiq əl-Xəririnin oğludur. Həmin terror zamanı Rafiq əl-Xəriridən başqa 2 nəfər də həyatını itirib.
 
Saad əl-Xəriri isə 2009-cu il noyabrın 9-dan 2011-ci il iyunun 13-dək Livan ökumətinə başçılıq edib. İndi o, 2013-cü il aprelin 6-da baş nazir seçilən Tammam Salamı əvəz edəcək. Saad əl-Xəriri 1970-ci il aprelin 18-də Səudiyyə Ərəbistanında anadan olub.
 
Onun var-dövlətinin 4,1 milyard dollara çatdığı bildirilir.
 
Onun baş nazir olmasının yeni prezidenti seçilməsi ilə də əlaqələndirirlər.
 
Xatırladaq ki, 2014-cü il mayın sonundan Livan prezidentsiz qalmışdı. Mişel Naim Aun seçilənədək 45 dəfə cəhd edilmiş, ancaq onların hamısı uğursuzluqla nəticələnmişdi.
 
Livan siyasətinin veteranlarından olan M.Aun Livandakı "Hizbullah" qruplaşmasının müttəfiqlərindən sayılır. (report) /

Google+ WhatsApp ok.ru