Livan məhkəməsində sionist rejimə casusluq edən şəxsə hökm oxunub

Livan məhkəməsində sionist rejimə casusluq edən şəxsə hökm oxunub

Livan vətəndaşı olan Kinda əl-Xətib sionist rejimə casusluq etməkdə ittiham olunaraq ağır əməklə üç il müddətinə həbs cəzasına məhkum edilib. 
 
Maid.Az xarici KİV-ə istinadla xəbər verir ki,  Livan təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan Kinda əl-Xətib həmçinin Fələstinin işğal olunmuş ərazisinə qanunsuz girmə,  Livan milli təhlükəsizlik məlumatlarını İsrailə  ötürməyə çalışmaqda ittiham olunur. 
 
Qeyd edək ki, Sionist rejim 2006-cı ildə Hizbullaha məğlub olandan sonra Livan ərazisində casusluq fəaliyyətlərini genişləndirib. Son illər Livan təhlükəsizlik qüvələri sionist rejimə casusluq edən çox sayda şəxsi zərərsizləşdirib. 
 
 

Google+ WhatsApp ok.ru