Livanın `Hizbullah` Hərəkatının iki lideri açıqlama verib

Livanın `Hizbullah` Hərəkatının iki lideri açıqlama verib

"Hizbullah"ın baş katibi Seyid Həsən Nəsrullahın müavini Şeyx Nəim Qasim İsrailin yeni müharibəyə hazır olmadığını bildirib.
 
“Bütün məlumatlar onu göstərir ki, İsrail rejimi savaşa hazır deyil. “Hizbullah” hər an qoruduğu hazırlığıyla İsrailin hər növ axmaqlığına cavab verməyə hazırdır.  Bizim müxtəlif hadisələrdən əldə etdiyimiz nəticəyə görə, sionist İsrail bu gün bizimlə savaşa hazır deyil. Lakin biz işğalçı rejim tərəfindən hər növ hücuma hazır vəziyyətdəyik”,  -deyə Şeyx Naim Qasim qeyd edib.
 
“Hizbullah”-ın icra şurasının sədri Seyid Haşim Səfiyuddin isə Fələstin məsələsi barədə açıqlama verib.
 
Fələstinə dəstək verməyin zərurətindən söz açan Seyid Haşim Səfiyuddin deyib: “Düşmən müqavimət qüvvələrilə hər yerdə mübarizə aparır. Onların hədəfi Fələstin torpaqlarını işğal etməkdir. Elə bu səbəbdən də müqavimət, Fələstin məsələsini ən mühüm məsələ olaraq dəyərləndirir. Müqavimət övladları nəinki yorulmayıb, əksinə son 30 ildə heç vaxt geri çəkilməmiş və səbr və dözümü özünə şüar qərar vermişdir. Onlar həmçinin müqavimət yolunu davam edəcək və daxili və bölgədə olan siyasi məsələlərdə qalib olacaq. Müqavimətin əzəməti günü-gündən artmaqdadır. Biz Fələstinlə bağlı verdiyimiz sözlərimizin üstündə durmuşuq. Əminliklə deyirik ki, Allahın lütfü sayəsində Fələstin və Qüdsün azadlığına çatacağıq”. (islamazeri) /

Google+ WhatsApp ok.ru