Livan xalqı Hizbullah rəhbərinə müraciət etdi: Oğullarımızı xilas edin

Hizbullahın mübadilə ilə Əl-Nusradan komandirini geri almasından sonra Livanlı tayfalar küçələrə düşərək Livan hökumətinə mesaj göndərib: "Siz niyə edəbilmirsiniz"?
 
Maide.az xəbər verir ki, Əl-Nusra və İŞİD tərəfindən qaçırılan Livan Ordusu əsgərlərinin ailələri üsyan edib. Qaçırılan əsgərlərin ailələri tayfa halında küçələrə çıxıb. Ailələrə görə Hizbullah mübadilə yolu ilə İmad Ayadı ala bilirsə, Livan dövlətinin də bunu edə bilməsi lazımdır.
 
Sabah yeni etirazın başlayacağını bildirən qaçırılmış əsgərlərin tayfaları Livanın paytaxtı Beyruta gedən bütün yolların kəsiləcəyini və yollarda çadırların qurulacağını bildirib. Əsgərlərin hamısının geri qayıdana qədər bu etirazın davam edəcəyi də bildirilib.
 
Tayfaların bəziləri isə Hizbullah rəhbəri Həsən Nəsrullaha müraciət edərək, "Hizbullahda olan - öz oğlun kimi gördüyün - komandir İmad Ayadı xilas etdiyin kimi, bizim də uşaqlarımızın azad edilməsinə kömək et" söyləyiblər.
 
Həmçinin bəzi tayfa üzvləri dövlətin verdiyi, "Danışıqlar davam edir" açıqlamalarını xalqı ələ salmaq kimi qiymətləndiriblər.

Google+ WhatsApp ok.ru