Ölkədə işləyənlər işsizlərə görə ödəniş edəcəkmi?

Ölkədə işləyənlər işsizlərə görə ödəniş edəcəkmi?

Exo.az saytı "Azərbaycanda işləyənlər işsizlərə görə ödəniş edəcəklər?" başlıqlı məqalədə işsizliyə görə müavinət ödənilməsini ekspertlərlə müzakirə edir.
 
Yazıda deyilir ki, işsizlik ölkədə başlıca problemlərdən biridir və odur ki, hökumət bu problemi bütün mümkün üsullarla həll etmək istəyir. Və "İşsizlikdən icbari sığorta haqqında" Qanunun 2018-ci ilin yanvarından qüvvəyə minəcəyi yada salınır.
 
Amma Həmkarlar İttifaqları Federasiyasının vitse-prezidenti Cəmaləddin İsmayılov bu qanunu ölkədə işsizlik probleminin həlli saymır:
"Yeni iş yerləri açmaq əvəzinə, dövlət bu problemi üzündə tər işləyənlərin çiyinlərinə qoyur, məgər bu ədalətlidir? Biz onsuz da bütün mümkün vergi və ödənişlərlə yüklənmişik".
 
AHİF-nin vitse-prezidenti icbari sığorta haqda fikrini belə davam etdirir:
"Dövlət hər ay Azərbaycanda rəsmi işləyənlərdən sığorta haqqı tutacaq, bu da kifayət qədər yüksək məbləğ olacaq. Kim zəmanət verir ki, korrupsiyaya uğramış hansısa məmur bunu öz cibinə qoymayacaq?".
 
Ekspert Nəriman Ağayevsə əksinə hesab edir ki, bu, indiki məqamda işsizlərə dəstək ola bilər, amma...
"Ölkədə çətin iqtisadi durum var, işsizlərin sayı az da olsa artmaqda davam edir, bu problemin öhdəsindən gəlmək üçün ilk növbədə yeni iş yerləri açılmalıdır. Amma Azərbaycanda belə iş yerləri müvəqqəti açılır, mövsümi olur, buna görə də uzunmüddətli iş yerlərinin açılması lazımdır". /

Google+ WhatsApp ok.ru