İlk dəfə: Görmə qabiliyyəti olmayanlar üçün beynəlxalq Quran yarışları

İran İslam Respublikası Beynəlxalq Quran Yarışları ilə həmzaman Görmə qabiliyyəti olmayanlar üçün də ilk dəfə beynəlxalq Quran yarışları keçiriləcək.
Maide.az İqna agentliyinə istinadən xəbər verir ki, Əlillərin Sağlamlığının Qorunması və Məişətinin yaxşılaşdırılması təşkilatlarının uzun illər tələbindən sonra nəhayət ki, bu il İran İslam Respublikası Beynəlxalq Quran Yarışları ilə həmzaman olaraq gözdən əlil və görmə qabiliyyətini itirənlər üçün də ilk dəfə beynəlxalq Quran yarışları keçiriləcək.
İran İslam Respublikası Beynəlxalq Quran-Kərim yarışları cari ilin aprel-may aylarında keçiriləcək.
Bu xəbər qeyri-rəsmi olaraq elan edilib və bu məsələ ilə bağlı xəbərlərin tam və rəsmi mətni yaxın günlərdə elan olunacaqdır. Amma gözdən əlil və görmə qabiliyyətini itirənlər üçün keçiriləcək yarışların müxtəlif ölkələrdən hafiz və qarilərin iştirakı ilə keçiriləcək İran İslam Respublikası Beynəlxalq Quran-Kərim yarışları ilə eyni zamanda keçiriləcəy qətidir.
Qeyd edək ki, İran İslam Respublikası Beynəlxalq Quran-Kərim yarışlarında iştirak etmək üçün də hazırlıq yarışları və bu yarışlarda hansı ölkələrdən kimlərin iştirak edəcyəi də yaxın günlərdə bilinəcək. /

Google+ WhatsApp ok.ru