Londonda  müsəlman qadınlar terrorizm əleyhinə əl-ələ tutaraq  insan zənciri yaradıb

Londonda müsəlman qadınlar terrorizm əleyhinə əl-ələ tutaraq insan zənciri yaradıb

Çox sayda müsəlman qadın terror qurbanlarının ailələri ilə həmrəylik göstərmək məqsədi ilə ötən gün Vestminster körpüsü üzərində əl-ələ tutaraq insan zənciri yaradıb. 
 
Maide.Az xəbər verir ki, müsəlman qadınlar terror əleyhinə insan zənciri yaradaraq Londonda baş verən terroru pisləyib və bu kimi addımlara qarşı nifrətlərini bildirib. 
 
İnsan zənciri aksiyasında iştirak edənlər “İslam zorakılığa qarşıdır” və “bu hadisə bizim hamımızı hədəfə alıb” kimi şüarlar səsləndirib və Londonda baş verən terror qurbanlarının ailələrinə baş sağlığı verib. 
 
Qeyd edək ki, bir müddət öncə Londonda törədilən terror aktı nəticəsində 5 nəfər ölüb, 40 nəfər də yaralanıb. 

Google+ WhatsApp ok.ru