Londonda 45 minlik Fələstinə dəstək mitinqi: azərbaycanlılar da yürüşə qatılıb

Dünyanın əksər ölkələrində İsrail rejiminin Qəzzada törətdiyi qətliamlara etiraz nümayişləri keçirilməkdədir. Ötən gün Avropanın əsas paytaxtlarından olan Londonda çox  geniş miqyaslı Fələstin xalqına dəstək nümayişi keçirilib.

Maide.az-ın məlumatına görə, nümayişdə Londonda olan azərbaycanlılar da iştirak edib. Nümayiş iştirakçılarının məlumatına görə, nümayişə 45 mindən çox insan qatılıb.

Londonda İsrail rejiminin səfirliyi binasından Big-Benə (Britaniya parlamentinin binası) doğru yürüş edən edən insanlar İsrail rejiminin cinayətlərinə etiraz edib, “Fələstinə azadlıq!”, “İsrail, cinayətləri dayandır!” şüarları səsləndiriblər. Deyerler /

 

Google+ WhatsApp ok.ru