Londonda ABŞ-dakı irqçiliyə qarşı etiraz aksiyası keçirilib - VİDEO

Londonda ABŞ-dakı irqçiliyə qarşı etiraz aksiyası keçirilib - VİDEO

Afrika əsilli amerikalı Corc Floydun polis tərəfindən öldürülməsi ilə bağlı etiraz aksiyalarının keçirildiyi bu günlərdə minlərlə insan London şəhərinin fərqli hissələrində küçələrə axışıb.
 
Maide.Az xəbər verir ki, Hayd Park ərazisində başlayan mitinq Baş Nazirin əyləşdiyi Dauinq Strit və Parlament binasının qarşısında davam edib.
 
Etirazçılar Corc Floyda hörmət əlaməti və onunla həmrəylik bildirmək üçün diz çöküblər.  Etirazlar zamanı yollarda maşınların hərəkətində maneələr yaranıb.
 
Bundan öncə isə etirazlar Trafalqar meydanı ərazisində keçirilmişdi.
 
 
 
 

Google+ WhatsApp ok.ru