Londonda anti-terror əməliyyatı keçirilib

Böyük Britaniyada anti-terror əməliyyatları zaman 9 nəfər həbs edilib.  Saxlanılan şəxslərin ölkədə fəaliyyəti qadağan olunmuş təşkilatın üzvləri olduğu bildirilir. Britaniya mediası saxlanılanlar arasında, sabiq radikal dini qruplaşma rəhbərinin də olduğunu yazıb. 
 
London polisi isə hələlik həbs olunan şəxslərin adlarını açıqlamayıb. Bununla belə, polis əməliyyatların ekstrimçi dini qüvvələrə qarşı keçirilən reydlər çərçivəsində icra olunduğunu qeyd edib.
 
Polis hələlik ictimai yerlərdə heç bir terror təhlükəsinin olmadığını da əlavə edib.

Google+ WhatsApp ok.ru