Londonda şiə araşdırmaları üzrə beynəlxalq konfrans keçiriləcək

Londonda  may ayının 7-8-də şiə araşdırmaları üzrə ikinci beynəlxalq  konfrans keçiriləcək. 
 
Maide.az xəbər verir ki,  bu konfran Şiə İslami Araşdırmalar Jurnalı, London İslami Araşdırmalar Mərkəzi və İslami Kollecin dəstəyi ilə keçirilir. 
 
Konfransda  şiəçilik  haqqında araşdırma aparan şəxslər öz araşdırmalarını təqdim edəcək.Konfransda müzakirə olunan məqalələr  Şiə İslami Araşdırmalar Jurnalında dərc olunacaq.  Fəlsəfə və irfan, hüquq,fiqh, tarix, hədis araşdırmaları, şiə azlıqları,  şiəçilik və şərqşünaslıq, İslami və şiə təfəkküründə hökumət və digər bu kimi mövzular konfransda müzakirə olunacaq məsələlərdir. /
 

Google+ WhatsApp ok.ru