Londondakı Azərbaycan səfirliyi qarşısında etiraz aksiyası

İyunun 12-də bir qrup beynəlxalq hüquq müdafiəçisi Azərbaycanın Londondakı səfirliyinin qarşısında “İnsan hüquqları üçün idman” kampaniyası çərçivəsində etiraz aksiyası keçirib.
 
"Turan"-ın məlumatına görə, iştirakçılar Azərbaycanda siyasi məhbusların azadlığa buraxılmasını tələb ediblər. Onlar əllərində hüquq müdafiəçiləri Rəsul Cəfərov, İntiqam Əliyev, Leyla Yunus, Emin Hüseynov, jurnalist Xədicə İsmayılova və Seymur Həzinin portretləri olan plakatlar tutublar.
 
Təşkilatçılar bu cür aksiyaların Avropanın digər şəhərlərində də keçirilməsini planlaşdırırlar.

Google+ WhatsApp ok.ru