Londonda minlərlə insan Hindistana qarşı etiraz aksiyası keçirib - VİDEO

Londonda minlərlə insan Hindistana qarşı etiraz aksiyası keçirib - VİDEO

Böyük Britaniyanın paytaxtı Londonda Hindistan Ali Komissarlığının qarşısında toplaşan minlərlə insan Pakistan və Kəşmir bayraqları dalğalandıraraq, Hindistanın baş naziri Narendra Modini faşistlikdə günahlandıran şüarlar səsləndiriblər.
 
Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, xüsusi avtobuslarla ölkənin hər yerindən Londona gələn etirazçılar, “Kəşmir yanır”, “Azad Kəşmir”, “Modi: savaşma çay dəmlə” şüarları yazılmış plakatlar qaldırıblar.
 
Kəşmir mənşəli bir təqaüdçü Britaniya vətəndaşı və Birminqemdən paytaxta gələn Amin Tahir, deyib ki, bura Kəşmirdəki qardaşlarımızla həmrəy olduğumuzu bildirmək üçün gəlmişik: “1947-ci ildən etibarən Kəşmir Hindistandan azadlıq mübarizəsi aparır. İndi də Modi Kəşmirin muxtariyyətinə son qoymaq üçün güc istifadə edərək qanun dəyişdirdi”.
 

Google+ WhatsApp ok.ru