Londonda qədim Quran səhifəsi hərraca çıxarıldı

Londonda qədim Quran səhifəsi hərraca çıxarıldı

Quran-Kərimin miladın 14-cü əsrinə aid olan böyük bir səhifəsi İngiltərənin Londonun "Bonhamz" hərrac evində hərraca çıxarıldı.
 
Maide.İnfo xəbər verir ki, Quran-Kərimin miladın 14-cü əsrinə aid olan böyük bir səhifəsi İngiltərənin Londonun "Bonhamz" hərrac evində hərraca çıxarıldı.
 
Quran-Kərimin bu qədimi və tarixi səhifəsi "Nəhl" surəsinin bəzi ayələrini ehtiva edir və cari ilin aprel ayının 27-də tarixi əsərlərin satılması üçün İngiltərənin paytaxtı Londonun "Bonhams" hərrac evində keçiriləcək "Hindistanın İslami əlyazma nüsxələri" sərgisində hərraca qoyulacaqdır.
 
Quran-Kərimin bu tarixi və qədim səhifəsi miladın 14-cü əsrinin əvvəllərinə aiddir. Qara mürəkkəb ilə ilə yazılıb və 5 mindən 7 minədək dollar qiymətində dəyərləndirilib.
 
Bu hərracda bu səhifədən əlavə materialı bürüncdən olan bir məişət əşyası da hərraca qoyulacaq ki, orta əsirlərdə müsəlmanların filizlərdən istifadə etmək məharətinin göstəricisidir.
 
Hərracda miladın 14-cü əsrinə aid olan ipək bir geyim də sərgilənəcək ki, bu geyimin üzərində "İrani" və "İslami" naxışların tərkibi mövcuddur. (iqna) /
 

Google+ WhatsApp ok.ru