Londonda qədim `Mavi Quran` nüsxəsi hərraca çıxarıldı

Londonda qədim `Mavi Quran` nüsxəsi hərraca çıxarıldı

Tarixi və nadir Quran nüsxəsi auksiona çıxarılıb
 
Maide.İnfo xəbər verir ki, tarixi və nadir Quran nüsxələrindən sayılan "Əl-Müshəful-Əzrəq" (Mavi Quran) adlı qədim Quran nüsxəsinin səhifələrindən biri Londonun "Christie's" auksion mərkəzində hərrac və müzayidəyə çıxarıldı.
 
"Mavi Quran" adı ilə məşhur olan bu nadir və tarixi nüsxə mavi rəngdə dəri üzərinə və Kufi xətti ilə yazılmışdır. Bu dərinin üzərinə Quran-Kərimin ayələri qızıl suyu ilə zərli yazılmışdır.
 
Bu tarixi və qədim Quran nüsxəsinin maddi dəyəri 128 mindən 192 min dollardək təxmin edilmişdir. Və qərardır ki, aprel ayının 27-də, Londonun "Christie's" auksion mərkəzində digər islami incəsənət əsərləri ilə birlikdə hərraca çıxarılsın.
 
"Mavi Quran" adlanan bu nüsxə Qurani-Kərimin 3-cü surəsi olan "Ali-İmran" surəsindən bəzi ayələri ehtiva edir. Bu nüsxənin tarixi hicri-qəməri ili ilə 4-cü əsrə qayıdır. Və Tunisin Qeyrəvan şəhərində tapılmışdır.
 
Qeyd edək ki, Londonun "Christie's" auksion mərkəzi dünyada qədim, tarixi və nadir incəsənət əsərləini hərrac edən bir auksion mərkəzi kimi məşhurdur ki, baş dəftərxanası London və Nyu-Yorkda yerləşir. (iqna) /

Google+ WhatsApp ok.ru