Londonda sionist rejimin səfirliyi qarşısında Fələstinə dəstək aksiyası

Britaniyada yaşayan fələstinlilər və Fələstini dəstəkləyən insan haqları təşkilatlarının üzvləri sionist rejimin Londondakı səfirliyi qarşısında etiraz aksiyası keçiriblər. 
Maide.az xəbər verir ki, bu gün günorta etirazçılar sionist rejimin Fələstin xalqına qarşı vəhşiliyini və təzyiqlərini dayandırmağı tələb ediblər.
Sionist rejimin son günlər Məscid Əqsada Fələstinlilərə qarşı törətdiyi cinayətlər təkcə müsəlmanlar deyil, qeyri-müsəlmanların da etirazına səbəb olub. 
Son həftələr işğalçı sionist rejim və ifratçı yəhudi qəsəbə sakinləri Fələstinlilərə qarşı cinayətlər törədir. İşğalçı israilin əsgərlərinin açdığı atəş nəticəsində indiyədək 30-dan çox fələstinli şəhid olub ki, onlardan ən az yeddisi uşaqdır. /  
 
 

Google+ WhatsApp ok.ru