Londonda Trampa qarşı aksiya

Londonda Trampa qarşı aksiya

Britaniya paytaxtı London şəhərində irqçiliyə qarşı yüzlərlə fəal ABŞ-ın səfirliyi qarşısında aksiya keçirərək Amerikada prezident seçilmiş Donal Trampa qarşı etiraz edib
 
Maide.Az xəbər verir ki, İndependent qəzetinin verdiyi məlumata görə, dünən baş tutan aksiyada nümayişçilər əllərində daşıdıqları plakatlar üzərində yazılan şuarlarda Trampı Adolf Hitlerlə müqayisə ediblər. 
 
"Rasizmə qarşı müqavimət" hərəkatı bu aksiyanı təşkil edib. 
 
Polis qüvvələri ABŞ-ın səfirliyi qarşısında dəmirdən hasar yaradıblar. 
 
Çərşənbə axşamı günü keçirilən seçkilərdə respublikaçı Donald Tramp rəqibi demokrat Hillari Klintona qələbə çalaraq ABŞ-ın 45-ci prezidenti seçildi. /

Google+ WhatsApp ok.ru