Los-Ancelesdə 200-dən çox nümayişçi həbs edilib

Los-Ancelesdə hakimlər kollegiyasının Afrika əsilli gənci güllələyən polis zabitinə bəraət qazandırmasına etiraz edən 200-dən çox nümayişçi həbs olunub.
 
Maide.az Euronews telekanalına istinadla xəbər verir ki, bu barədə məlumat verən şəhər polis departamenti toqquşmalarda, həmçinin bir polis zabitinin də yaralandığını bildirib.
 
Kütləvi həbslərə baxmayaraq Los-Anceles şəhərində etiraz aksiyaları artıq üç gündür davam edir. “Məhkəmə olmasa, sülh də olmayacaq!”, “Nümayişçiləri azad edib qatilləri tutun!” kimi şüarlar səsləndirən nümayişçilər 18 yaşlı Maykl Braunu qətlə yetirən Darren Uilsonun və ABŞ-da silahsız insanlara atəş açan bütün polislərin məsuliyyətə cəlb olunmasını tələb edirlər.

Google+ WhatsApp ok.ru