Los-Ancelesdə kütləvi aksiyalarda 2600-dən çox etirazçı saxlanılıb

Los-Ancelesdə kütləvi aksiyalarda 2600-dən çox etirazçı saxlanılıb

Afroamerikalı Corc Floydun polis zorakılığı nəticəsində həyatını itirməsinə etiraz olaraq Los Angelesin mərkəzində (Kaliforniya ştatı) keçirilən kütləvi aksiyalarda 2600-dən çox insan saxlanılıb.
 
Maide.Az APA-a istinadən xəbər verir ki,  bu barədə “Los Angeles Times” məlumat yayıb.
 
Nəşrin yazdığına görə, cümə günündən çərşənbə axşamı səhərədək Los-Ancelesdə keçirilən etiraz aksiyaları zamanı 2121 nəfər saxlanılıb. Santa Monika və Lonq Biç şəhərlərində daha 475 nəfər tutulub. 
 
Həbslərə səbəb kimi polisə tabe olmaqdan imtina, polisə hücum, komendant saatını pozmaq, habelə qarətlər və talanlar göstərilir.
 
Şəhər rəhbərliyi komendant saatının iyunun 3-dən 6-dək müddətə uzadıldığını bildirib. 

Google+ WhatsApp ok.ru