İlqar Məmmədovun telefonla danışmaq hüququ məhdudlaşdırılıb

REAL Hərəkatının sədri, siyasi məhbus İlqar Məmmədov  saxlandığı 2 saylı cəzaçəkmə müəssisəsində telefonla danışmaq hüququ məhdudlaşdırılıb. Bu barədə onun vəkili Cavad Cavadov İlqar Məmmədova istinadən “Facebook” səhifəsində məlumat yayıb.
REAL Hərəkatının sədri vəkilə bildirib ki, qadağa onun Türkiyə Böyük Millət Məclisinə keçirilən seçkilərdə qalib partiyalara göndərdiyi təbrik məktubu ilə bağlıdır.
Cavad Cavadov deyir ki, İlqar Məmmədov 2 saylı cəzaçəkmə müəssisəsinə gətirlidyi gündən təbrik məktubuna qədər ona həftədə iki dəfədən artıq zəng etmə imkanı verilirdi. Amma indi REAL sədrinə bildirilib ki, o əvvəlki qaydada zəng edə bilməyəcək.azadliq /

Google+ WhatsApp ok.ru