İlqar Nəsibovun döyülməsinə `Sərhədsiz Reportyorlar`dan sərt etiraz

Naxçvanda fəaliyyət göstərən Demokratiya və QHT-nin İnkişaf Resurs Mərkəzinin həmtəsisçisi, hüquq müdafiəçisi-jurnalist İlqar Nəsibovun vəhşicəsinə döyülməsinə beynəlxalq təpkilər artır. “Sərhədsiz Reportyorlar” təşkilatı da hüquq müdafiəçisinin hücuma məruz qalmasına münasibətini bildirib.
 
Təşkilatın bəyanatında deyilir ki, İlqar Nəsibovun xanımı Məlahət Nəsibova həyat yoldaşının döyülməsinə görə hakimiyyətin məsuliyyət daşıdığını bildirir. “Sərhədsiz Reportyorlar” təşkilatı jurnalist və hüquq müdafiəçisi İlqar Nəsibovun Naxçıvanda huşunu itirənə qədərə döyülməsindən dərin narahatlıq keçirir.
 
“Azad Avropa Radiosunun və Turan informasiya agentliyi üçün çalışan Nəsibov həmçinin Demokratiya və QHT-nin İnkişaf Resurs Mərkəzində işləyir. O, dünən (srağagün) gecə saatlarında qanlar içində tapılıb. O, hazırda kəllə-beyin silkələnməsi, bir neçə qabırğanın, burun və almacıq sümüklərinin sınması diqanozu ilə reanimasiyada saxlanılır. Döyülməsindən 12 saat keçməsinə baxmayaraq, aldığı zədələrdən qanaxması davam edir. Həkimlər onun beyninə qansızma təhlükəsindən narahatdırlar”.
 
Onun xanımı bir çox mediaya o cümlədən, Turan agentliyinə açıqlamasında deyib ki, hücumun səbəbini bilmir, ancaq Azərbaycan hakimiyyəti günahkardır.
 
“Bu hücum son zamanlar Azərbaycanda vətəndaş cəmiyyətinə edilən təzyiqlərin bir hissəsidir. Biz İlqar Nəsibova olunan dəhşətli hücumdan dərin narahatlıq və təəssüf hissi keçiririk”, - deyə “Sərhədsiz Reportyorlar” təşkilatının katibi Kristof Delore bildirib. Delore əlavə edib ki, əgər baş verənlərə görə Azərbaycan hökuməti həqiqətən də günahkardırsa, bu, qəbuledilməzdir, tənqidi fikrin susdurulmasıdır. Günahkarın kimliyindən asılı olmayaraq, qanlı hadisə araşdırılmalı və günaharlar cəzalandırılmalıdır. Biz beynəlxalq cəmiyyəti baş verən hadisəyə səssiz qalmamağa çağırırıq ki, belə hadisələr yenidən təkrarlanmasın. (azadliq.info) /

Google+ WhatsApp ok.ru