Lukaşenka qəfil andiçmə mərasimi keçirib

Lukaşenka qəfil andiçmə mərasimi keçirib

BelTA yazır ki, Lukaşenka sağ əlini konstitusiyaya qoyaraq and içib. Mərkəzi Seçki Komissiyasının sədri ona Belarus Respublikasının Prezidenti vəsiqəsini təqdim edib
 
Belarus Prezidenti Alyaksandr Lukaşenka qəfil andiçmə mərasimində daha altı illiyə dövlət başçısı kimi and içib. Ölkədə onun prezident elan olunmasına hələ də etiraz aksiyaları keçirilməkdədir.
 
Rəsmi BelTA xəbər agentliyinin məlumatına görə, sentyabrın 23-də andiçmə mərasiminə “bir neçə yüz” aparıcı rəsmi dəvət olunub, ancaq kimlərin qatıldığı açıqlanmır.
 
BelTA yazır ki, Lukaşenka sağ əlini konstitusiyaya qoyaraq and içib. Mərkəzi Seçki Komissiyasının sədri ona Belarus Respublikasının Prezidenti vəsiqəsini təqdim edib.
 
Lukaşenka 26 illik hakimiyyəti dövründə görünməmiş etirazlarla üzləşib. Avqustun 9-da seçkidən sonra onun səslərin 80 faizindən çoxunu yığdığı açıqlanandan sonra ölkəni etirazlar bürüyüb.
 
Etirazçılar Lukaşenkanın istefasını, azad və ədalətli seçki keçirilməsini tələb edirlər.
 
66 yaşlı Lukaşenka isə dinc etirazları zorakılıqla yatırdıb, saxlananlar onlara işgəncə verildiyini deyiblər.
 
Müxalifət lideri Svetlana Tixanovskaya xəbərdarlıq edirdi ki, inauqurasiya keçirmək cəhdi “qanunsuz” hesab olunacaq. / azadliq.org/ 
 

 

Google+ WhatsApp ok.ru