Lunaparkda dəhşətli terror - 65 ölü, 280 yaralı - Video

Pakistanın Pencap əyalətinin mərkəzi Lahor şəhərində dəhşətli terror aktı baş verib.
 
Maide.az xəbər verir ki, hadisə nəticəsində 65 nəfər ölüb, onların əksəriyyəti uşaq və qadındır.
"Gülşən İqbal" adlı lunaparkda baş verən partlayışda 280 -dan çox  yaralı var. Bazar günü olduğundan lunaparkda çox insan olub, ölən və yaralananların çoxu uşaq və qadınlardır.
 
Canlı bombanın özünü 8 kiloqram partlayıcı ilə partlatdığı güman edilir.
 
Qafqazinfo saytı xəbər verir ki, Pakistanın baş naziri Nəvaz Şərif ölkədə 3 günlük matəm elan edib. /
 

Google+ WhatsApp ok.ru