Lənkəranda ağac aşdı və.. - FOTO

Lənkəranda ağac aşdı və.. - FOTO

-- Şəhərin yarısı işıqsız qaldı

 Lənkəranda aşan bir ağac şəhərin yarısını işıqsız qoyub, bir avtomobil əzilib.
 
"Qala Xiyabanı" küçəsi ilə Həzi Aslanov küçələrinin kəsişdiyi ərazidə hünür gövdəli ağac aşıb. Hadisə səhər saat 5 radələrində olub. 
 
Hündürlüyü 15 metr, diametri 1 metrə yaxın olan ağacın aşması nəticəsində elektrik təsərrüfatında fəsadlar yaranıb. Belə ki, 35/10 kilovoltluq yüksək gərginlikli elektrik xəttini daşıyan 3 ədəd dəmir-beton dirək qırılıb. Nəticədə Lənkəran şəhərinin demək olar ki, yarısı işıqsız qalıb. Beton dirəklərdən biri dayanacaqda dayanan Babayev Fərid Əfqan oğluna məxsus olan Mersedes markalı 90 TM 357 dövlət qeydiyyat nişanlı avtomaşının motorxana hissəsinin üzərinə düşüb.
 
Sakinlər, bu ağacın öz-özünə aşmadığını deyirlər. Belə ki, bu ağacdan iki ədəd olub. Bir ay əvvəl əsən güclü küləkdən sonra ağaclar əyilib, lakin aşmayıb. Şəhər Təsərrüfat İdarəsi tərəfindən ağac budanıb. Sonrakı günlərdə bu ağaclar naməlum şəxs və ya şəxslər tərəfindən yenidən hansısa qurğu ilə dartılaraq daha da əyilib. Hadisə şahidləri bildirib ki, bu gün isə ağacın yenidən aşırmaq cəhdi problemlərə səbəb olub. Qəza nəticəsində şəhərin mərkəzi hissəsində nəqliyyatın hərəkətində müəyyən qədər məhdudiyyətlər yaranıb. 
Hazırda enerjinin bərpası istiqamətində bərpa işləri davam etdirilir. Yaxın saatlarda enerji verilişinin bərpa olunacağı deyilir."Report"
 
 
 
 
 
 
 

 

Google+ WhatsApp ok.ru