Məkkədə 59 ölkənin iştirakı ilə Quran yarışması keçiriləcək

Məkkədə 59 ölkədən olan müsəlman Quran yarışmasında iştirak edəcək.
Maide.az-ın məlumatına görə, Quran yarışması cari həftənin şənbə günü  təşkil olunacaq.
Quran tilavəti, hifz və təfsiri üzrə keçiriləcək Beynəlxalq müsabiqədə  59 ölkədən 138 nümayəndə iştirak edəcək.
Qeyd edək ki, müsabiqə hər il Səudiyyə Ərəbistanın  İslam İşləri Nazirliyi tərəfindən təşkil olunur. Artıq 36 -cı ildir ki, keçirilir.  //

 

Google+ WhatsApp ok.ru