Mədinədə 230 milyondan artıq Quran çap olunub

Mədinə qubernatoru şahzadə Feysəl bin Səlman Mədinə şəhərində çərşənbə axşamı "Müqəddəs Quranın çap və nəşriyyatı: reallıqlar və problemlər" adlı  beynəlxalq seminar təşkil edib. Maide.az xəbər verir ki, konfrans kral Fəhdanın adına olan nəşriyyat tərəfindən "Le Meridien" mehmanxanasında kral Abdullanın himayəsi ilə həyata keçirilib.
 
Sərgidə Quranın müxtəlif nəşirləri, Quran əlyazmaları və çap materialları nümayiş olunub. Mədinə qubernatoru Quranın yeni xüsusi nəşrini və Quranın ilk brayl əlifbasl ilə yazılmış nəşrini təqdim edib. 
 
Qeyd edək ki, kral Fəhdin adına Quran nəşriyyatında artıq 230 000 000 Quran çap olunub.//

Google+ WhatsApp ok.ru