Mərakeşdə beynəlxalq Quran müsabiqəsi keçrilib

Mərakeşdə Quranın hifzi, tərtil qiraəti ilə oxunuşu, təcvidi və təfsiri üzrə beynəlxalq Quran yarışlarının onuncu turu dekabrın 23-də öz işinə başlayıb. Yarışlar Mərakeşin “Kazablanka” şəhərində keçirilib.
Maide.az-ın İQNA-ya istinadən məlumatına görə,  yarışlarda dünyanın 50 ölkəsindən 37 nəfər peşəkar Quran qiraətçisi və Quran fənləri üzrə aktivist iştirak edir.
Bu yarışlarda hakimlər heyətini Mərakeş, Tunis, Misr, Ərəbistan və İordaniya kimi ölkələrdən hakimlər təşkil edirlər.
Yarışlarda Mərakeş, Tunis, Əlcəzair, Liviya, Mavritaniya, Misr, Senqal, Bəhreyn, Fələstin, Küveyt, Mali, Oman, Livan, Qətər, Yəmən, Malaziya, Pakistan, Kumor, İndoneziya, Rusiya, Nigeriya, Mərkəzi Afrika, Ac Sahili, Burunoyi, Zambiya, İordaniya, Kameron, Kongo, Çad, BƏƏ, Türkiyə və s... ölkələrdən yarışçılar iştirak edirlər.
Müsabiqə dekabrın 25-da başa çatacaq.

Google+ WhatsApp ok.ru