`Mən Çarli deyiləm` deyən uşağı polisə apardılar

"Independent" qəzetində bu gün yer alan bir xəbərə görə, Fransada səkkiz yaşlı bir uşaq "Mən Çarli deyiləm", - dediyi üçün polis tərəfindən sorğu-sual olunub.
 
Maide.az xəbər verir ki, ölkədəki İslam dərnəkləri Əhməd adlı uşağın və atasının istintaqa cəlb olunmasını Paris hücumlarından sonra ölkədə baş verən "kütləvi isterika"nı sübut etdiyini deyib.
 
Təhsil naziri Nejat Vallaud Belkacem isə polisə uşağın "tam olaraq doğru şeyi etdiyini" söyləyib.
 
Əhmədin sorğu-sual olunması Fransada sosial mediada ən çox müzakirə edilən mövzudur. 
 
Əhmədin həm sinifdə, həm də oyun parkında "Mən Çarli deyiləm. Müsəlmanlar qətiyyən haqlı idi. O jurnalistlər ölməyə layiq oldular", - dediyi bildirilir.
 
Polisin 30 dəqiqə ərzində uşağı mühakimə etdiyi, daha sonra isə atasının istintaqa cəlb edildiyi deyilir.
 
Atanın oğlunun polisə aparılaraq istintaqa cəlb olunması üzündən polisdən məhkəmə şikayət etdiyi bildirilir.
 
"Independent" qəzetinin yazdığına görə, ailənin vəkili Sefen Guez Guez, "Bu axmaqlıqdlr. Aparılan iş heç bir şəkildə mütənasib deyil. Səkkiz yaşında, nə dediyini bilməyən bir uşağın sözlərini ciddiyə alırlar", - deyib.

Google+ WhatsApp ok.ru