Mərakeş Kralı müsəlmanlara görə prezidentliyə namizədin istəyini qəbul etmədi

Mərakeş Kralı 6-cı Məhəmmədin Nigeriya prezidenti Goodluck Conatan ilə telefonda danışmadığı qəbul etmədiyi bildirildi.
 
Maide.az xəbər verir ki, Mərakeş Xarici İşlər Nazirliyi tərəfindən yayımlanan açıqlamada Kral 6-cı Məhəmmədin, "Nigeriyada bu ayın sonu keçiriləcək seçkiləri nəzərə alaraq, ölkədəki müsəlman seçicilərə təsir etməmək üçün yenidən namizəd olan prezident Conatanın görüş tələbinə cavab verməyi uyğun görmədiyi" bildirilib.
 
Bəyanatda son olaraq bildirilir ki, Nigeriya hakimiyyətinin bu tələbinin diplomatik bir təşəbbüsdən çox, bu ölkədəki "müsəlman seçicilərə təsir etməyə" yönəlik olduğu deyilib.
 
Qeyd edək ki, Nigeriyada xalqın prezident və federal parlamentin üzvlərini müəyyənləşdirmək üçün 14 fevralda seçkiyə getməsi planlaşdırılırdı. Ölkədəki seçki komissiyası xüsusi xidmət orqanlarının tövsiyələri əsasında seçkiləri 28 marta təxirə salmışdı.

Google+ WhatsApp ok.ru