Məscidi Əqsa yolunda ayrı-seçkilik divarı - FOTO

Qərbi İordanda yaşayan minlərlə fələstinli Ramazan ayının ilk cümə namazını qılmaq üçün Məscidi Əqsaya yürüş edib.
 
Maide.az xəbər verir ki, Məscidi Əqsaya çatmaq üçün səhər saatlarında yola çıxan fələstinlilər Qüds yolu üzərindəki hərbi nəzarət nöqtələrdə izdiham yaradıb.
 
Qarşılaşdıqları çətinlik barədə danışan fələstinli Abdulla İyad, "İsrail rejimi namaz üçün Məscidi Əqsaya getməyimizə icazə verdi. O bizim məscidimizdir və bu bizim haqqımızdır. Minnət tələb edəcək bir vəziyyət deyil. Məscidi Əqsaya girişlərin sadələşdirilməsindən bəhs edirlər, ancaq 40 yaşında aşağı kişilərin Əqsaya gəlməsini əngəlləyirlər", - deyib.
 
Beytullahim və Qüds arasında yerləşən nəzarət nöqtəsində də sıxlığın olduğu bildirilir. Qüdsə daxil olmalarına icazə verilməyən gənclər, ayrı-seçkilik divarını aşıb Məscidi Əqsaya keçmək üçün hər yolu sınayırlar. Məscidi Əqsada namaz qılmasına mane olunan gənclər, Əqsaya girməyin haqları olduğunu və İsrail rejiminin əsgərlərindən qorxmadığını bildirir.
 
 
 
 
 

Google+ WhatsApp ok.ru