Məcburi köçkünlər üçün inşa edilən yaşayış sahəsində silah-sursat tapılıb

Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlər üçün inşa edilən yaşayış sahəsində silah-sursat tapılıb. Maide.az Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Zəngilan Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları yaşayış sahəsində "AKM", "TOZ-18" və "Karabin" markalı, nömrələri silinmiş 3 ədəd odlu silah, 165 ədəd patron, 5 ədəd patron darağı və 2 ədəd süngü-bıçaq tapılıb.
Faktla bağlı araşdırma aparılır.

Google+ WhatsApp ok.ru