Məkkədən daha bir qara xəbər: otel yandı, zəhərlənənlər var 24 Sentyabr 2015 01:00 Xəbərlər Məkkədə zəvvarların qaldığı oteldə yanğın baş verib. Azərbaycanlı zəvvarlardan APA-ya verilən məlumata görə, yanğın zəvvarlarımızın qaldığı "Əli Musa" otelinin yaxınlığındakı bir başqa oteldə qeydə alınıb. Hadisə yerinə çoxlu sayda polis, təcili yardım və yanğınsöndürənlər cəlb olunub. Yanğın baş verən oteldə köməksiz vəziyyətdə qalanlar qaldırıcı kranlar vasitəsi ilə evakuasiya olunublar. Zəvvarların sözlərinə görə, əraziyə 50-dən çox təcili yardım maşını cəlb olunub. Yanğın baş verən oteldə tüstüdən zəhərlənənlərin olduğu deyilir. Qeyd edək ki, yanğınsöndürənlər yanğının qarşısını alaraq alovun yaxınlıqdakı digər otellərə keçməsinə imkan verməyiblər./ Teqlər : #Məkkədən daha bir qara xəbər: otel yandı,#zəhərlənənlər var, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İndoneziyada 6,3 bal gücündə zəlzələ olub Mina hadisəsində həlak olan iranlıların sayı 131-ə çatıb