Məcburi köçkünlərin yaşadığı bina uçdu 30 Oktyabr 2015 02:00 Hadisə Yevlax rayonunda məcburi köçkünlərin məskunlaşdığı məktəb binası uçub. Məlumata görə, hadisə rayonun Salahlı kəndində yerləşən peşə məktəbinin binasında baş verib. Uzun illərdir ki, məktəb binasında müvəqqəti məskunlaşan Səbahət Ziyafətdin oğlu Abdulrəhmanov və Xəqani Heydər oğlu Cəfərovun yaşadığı mənzilin divarı uçub. Məcburi köçkünlərin sözlərinə görə, dağıntıya səbəb yağışlı hava olub. İstismar müddəti başa çatan bina qəzalı vəziyyətdə olsa da, köçkünlər binada yaşamaq məcburiyyətindədirlər. Qeyd edək ki, həmin binada 16 köçkün ailəsi məskunlaşıb. Evləri uçan köçkünlər Kəlbəcər rayon sakinləridir. aznews / Teqlər : #Məcburi köçkünlərin yaşadığı bina uçdu, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sumqayıtda bir ailənin 4 üzvü dəm qazından zəhərləndi Azərbaycanda sahibkar atasının qəbiri üstə özünü güllələyib