Məşhəd şəhəri 2017-ci ildə İslam dünyasının paytaxtı

Azərbacyanlı jurnalistlər Məşhəddə

Azərbaycan Respublikasından bir qrup mediya işçiləri  Rəzəvi Xorasan əyalətinə səfər edib. 
Maide.az xəbər verir ki,  İran İslam Respublikası və Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri arasında əlaqələrin möhkəmlənməsi hədəfi ilə bu gün (23.12.2015) Azərbaycan Respublikasının media işçilərindən 9 nəfərdən ibarət bir qrup jurnalıst və fotoqraf müqəddəs Məşhəd şəhərinə yollanıb.
 
İslam Peyğəmbəri (s), eləcə də həzrət İsa Məsih (ə) və İmam Sadiqin (ə) təvəllüd günlərinə təsadüf edən bu günlərdə həmin media işçilərinin İrana səfərində məqsəd, onların səkkizinci İmam həzrət Rzanın (ə) ziyarətgahını ziyarət etmək, həmçinin İmam Rza (ə) adına müqəddəs dərgahın fəaliyyəti, bununla yanaşı Rəzəvi Xorasan əyalətinin iqtisadi, mədəni və turizm sahəsində mövcud olan potensialını Azərbaycan Respublikasının müsəlman və şiə xalqına tanıtdırmaqdan ibarətdir.
 
İslam ölkələrinin mədəniyyət nazirlərinin iştirakı ilə “ISESCO”nun 2010-cu ildə Bakıda keçirilmiş tədbirində təsdiq etdiyi qərara əsasən Məşhəd şəhəri 2017-ci ildə İslam dünyasının paytaxtı seçilmişdir. Bu da ölkə üçün olduqca çox önəmli olan milli və beynəlxalq hadisədir. Bundan əlavə, Məşhəd şəhəri 2017-ci ildə “ISESCO”nun beynəlxalq iclasına da ev sahibliyi edəcəkdir. /
 

Google+ WhatsApp ok.ru