`Məhəmməd Rəsulullah` filmi İraqda nümayiş olunacaq

Dünya kinematoqrafiyasının ən son şedevri “Məhəmməd Rəsulullah (s)” filminə dair xəbərlər dünya mediasının gündəmində yerini saxlamaqda davam edir.
Maide.az xəbər verir ki, "Məhəmməd Rəsulullah (s)" filminin beynəlxalq nümayişləri çərçivəsində bu həftənin bazar və birinci günləri film İraqın Bağdad mərkəzi teatrında nümayiş olunacaq. 
Livan və Danimarkadan sonra “Məhəmməd Rəsulullah (s)” filmi beynəlxalq nümayişləri İraqda davam etdirəcək. 
Filmin Türkiyədə nümayiş olunacağı vaxt dekabr ayında elan olunsada təxirə salındı və hələlik Türkiyədə nümayiş olunacağı vaxt elan olunmayıb. 
Xatırladaq ki, son aylarda dünya sənət aləminin əsas mövzularından birinə çevrilən "Məhəmməd Rəsulullah (s)" filmi İran kino sənayesinin son məhsuludur. Filmin rejissoru dünya şöhrətli İran rejissoru Məcid Məcididir. 3 Hissəli filmin ilk seriyasının çəkilişinə 40 milyon dollar vəsait xərclənib. 26 avqustdan yerli kinoteatrlarda nümayiş olunan filmi  milyonlarla kinosevərin  izlədiyi bildirilir. /
 

Google+ WhatsApp ok.ru