Mərakeşdə Peyğəmbərin minatürü çəkilmiş jurnalın yayımı qadağan edilib

Mərakeş hakimiyyəti Məhəmməd Peyğəmbərin (s) təsviri olan fransız "Sciences et" jurnalının nömrələrinin ölkə ərazisində yayılmasını qadağan edib. Maide.az xəbər verir ki, qadağanın səbəbi "Tanrı və elm" adlı məqalədə Məhəmməd Peyğəmbər (s) barədə çəkilən miniatürlərin jurnalda dərc olunmasıdır.
"Allah və onun Peyğəmbərlərinin şəklinin çəkildiyi hər hansı bir jurnalın yayılması barədə söhbət də gedə bilməz. Mərakeşlilərin inam hisslərinə toxuna biləcək hər hansı bir məqalənin ölkədə yayılması mümkün deyil", - deyə dövlət rəsmisi bildirib.

Google+ WhatsApp ok.ru