Məhsulun hansı ölkəyə məxsus olduğunu burdan öyrənin

Məhsulların üstündə 13 rəqəmli barkod həmin məhsulun, necə deyərlər, şəxsiyyət vəsiqəsi hesab olunur. Çünki bu barkod məhsulun istehsal yerindən tutmuş şirkət və bazasına qədər bütün informasiyanı cəmləyir. Yəni alınan məhsulun hansı ölkədə istehsal olunduğunu bilmək üçün barkoda diqqət etmək lazımdır.
 
Holland pendiri, Rus kolbasası, fransız ətri, yapon texnologiyası və s. İnsanlar bəzən hər hansı məhsulu sırf istehsal olunduğu ölkəyə görə seçir. Bu da bəzi işbazlara fürsət verir ki, öz məhsullarını həmin ölkə istehsalı kimi qələmə versinlər.
 
Sadəcə məhsulun vizuallığına diqqət yetirən müştərilər isə əksər halda aldanırlar.
 
Əslində isə məhsulun hansı ölkədə istehsal edildiyini öyrənmək olduqsa sadədir. Bunun üçün üzərindəki barkoda baxmaq kifayətdir. Çünki barkodun ilk 3 rəqəmi istehsalçı ölkəni göstərir. Misal üçün Azərbaycan məhsulları 476, Türkiyə 868-869, Rusiya 460 - 469 arası, Ermənistan 485, Çin 690-695 arası, ABŞ  000-139, Yeni Zellandiya 940-949 rəqəmləri ilə başlayır. xezerxeber /

Google+ WhatsApp ok.ru