MAQATE rəhbəri Tehrana səfər edir

Beynəlxalq Atom Enerjisi Təşkilatı (MAQATE) rəhbəri Yukiya Amano Tehrana səfər edəcək. 
Maide.az xəbər verir ki, Y.Amanu bu gün(bazar günü) İran prezidenti Həsən Ruhani və İran Atom Enerji Təşkilatının sədri Əli Əkbər Salehi ilə görüşmək məqəsdi ilə Tehrana səfər edir. 
Səfərdə İran və Altılıq ölkələri arasında Əhatəli Birgə Fəaliyyət Planının (KOEP) həyata keçrilməsi məsələsi müzakirə olunacaq. 
 
MAQATE rəhbəri Yukiya Amano şənbə axşam verdiyi açıqlamasında, İranın Əhatəli Birgə Fəaliyyət Planının (KOEP) həyata keçirilməsi üçün lazım olan addımları atdığını göstərən hesabatı təsdiqlədiyini və bu hesabatın MAQATE idarə heyəti və BMT Təhlükəsizlik Şurasına veriləcəyini deyib.
 
"Bu gün İran və MAQATE münasibətləri arasında yeni bir dövr başlayır. Bu gün beynəlxalq aləm üçün mühüm bir gündür. Mən bunu həyata keçirənləri, xüsusilə İran, "altılıq" ölkələri və MAQATE idarə heyətini buna görə təbrik edirəm", - deyə MAQATE rəhbəri Yukiya Amano bildirib. /
 

 

Google+ WhatsApp ok.ru