Məktəb direktoru qonşusunu bıçaqladı 02 Mart 2016 02:00 Hadisə Lerik rayonunda məktəb direktoru qonşusunu bıçaqlayıb. Maide.az-ın “Report”-a istinadən verdiyi məlumatına görə, hadisə ötən gecə rayonun Veri Əliabad kəndində baş verib. Belə ki, kənd sakini 36 yaşlı Seyid Baloğlan oğlu Qurbanov və kənd məktəbinin direktoru işləyən Rəhimov Adil Yaqub oğlu arasında mübahisə düşüb. Münaqişə zəminində A.Rəhimov qonşusunu bıçaqlayıb. Çoxsaylı bıçaq zərbələri alan yaralı bu gün səhər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Sinə, kürək və qol nahiyələrində kəsilmiş-deşilmiş yaralar olan Seyid Qurbanova hemopnevmatoraks, yəni ağ ciyərlərin hava və qan kütləsi ilə dolması diaqnozu qoyularaq, dərhal cərrahiyə əməliyyatına alınıb. Onun vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı Lerik Rayon Polis Şöbəsində (RPŞ) istintaq tədbirlərinə başlanılıb. Teqlər : #Məktəb direktoru qonşusunu bıçaqladı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda məktəb şagirdlərini vuran avtobus sürücüsü saxlanılıb Piyada ona cərimə yazan polisi vurdu