Müəllimlərin 78,5, həkimlərin isə 65,0 faizi qadınlardır

Ölkənin ümumtəhsil müəssisələrində müəllimlərin 78,5 faizi, orta ixtisas təhsil müəssisələrində 78,6 faizi, ali təhsil müəssisələrində 52,0 faizi qadınlardır.
 
Maide.az xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin (DSK) bu il yanvar ayının əvvəlinə olan məlumatıdır.
 
Məlumatda göstərilir ki, ümumtəhsil müəssisələrində şagirdlərin 46,0 faizi, orta ixtisas təhsil müəssisələrində oxuyanların 66,7 faizi, ali təhsil müəssisələrinin tələbələrinin 48,8 faizi qızlardır.
 
Elmin inkişafında da qadınların müstəsna rolu var. Belə ki, elmi işçilərin 53,5 faizini qadınlar təşkil edir. Son 5 ildə həm elmlər doktoru, həm də fəlsəfə doktoru dərəcəsi olan qadınların sayı 2,3 dəfə artıb. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 5-i, müxbir üzvlərindən isə 14-ü qadındır. 
 
Həkimlərin isə 65,0 faizi qadınlardır. /
 

Google+ WhatsApp ok.ru