Sement şirkəti işçilərin maaşını vermir (VİDEO)

“Qarabağ veteranıyam, keçmiş döyüşçü olmuşam. İşləyən vaxtı mənə bəzi güzəştlər olub, ancaq işdən çıxarılanda qulaq asan belə olmadı. Ailədə 4 nəfərik, 2 oğlum var və ailəyə məndən başqa qazanc gətirən yoxdur. Oğlumun biri tələbədir. Ödənişlidə təhsil alır. Məktəbin pulunu necə ödəyəcəm bilmirəm”.
 
Bu sözləri Eyyub Orucov deyir. O, 2008-ci ildən Qazax Sement Zavodunda sürücü işləyib. Ancaq indi onu işdən çıxarıblar, əvəzində də kompensasiya ödəməyiblər. Digər işçi Kərəm Pənahov isə deyir: “İşlədiblər, ancaq pulumuzu verməyiblər. Müraciət edən də deyirlər ki, əvvəlki müdirə deyin. Mən 8 il zavodda işləmişəm. “Akkord” MMC-yə köçürülən işçilərdənəm və sonra öz hesabıma məzuniyyətə çıxdım. Bizə konpensasiya ödəmədilər. Nə təzminatimızı verdilər, nə də artıq saatımızın pulunu. Gun ərzində 8 saat işləyirdik. Bizim savadsızlığımızdan istifadə edib sənədə imza atdırıblar. Vəziyyətlə əlaqədar öz haqqımızi tələb edirik”.
 
Kərəm Pənahov onu da deyir ki, krediti, evində xəstəsi var: “Evdə suyumu, qazımı kəsiblər, necə ödəməliyəm? Bizim Qazaxdakı “Akkord”dan şikayətimiz yoxdur. Cünki Akkord MMC-dən Qazax Sement Zavoda keçən vaxtı hər birimizin pulumuzu qəpiyimizə qədər ödədilər. Kağız üzərində olan 2 ilin konpensasiyası və artıq saatlarımızdır. Gərək adam düz vurğulaya. 2014-cü ilin aprel ayından Qazax Sement Zavodda işləyirik və hal-hazırda bizim pulumuzu Sement Zavod vermir. Bizim şikayətimiz də zavoddandır”.
 
Digər şikayətçi Ramin Cəfərov deyir ki, 2011-in aprelindən zavodda işləyib: “İndi çıxarıblar bizi və bizim şalışdığımız artıq saatları, şənbə - bazar gununu ödəməyiblər. Mənim özümə 2 aylıq təzminat veriblər. Ancaq artıq saat – 139 gunun pulunu odəməyiblər”.
 
İşçilərlə söhbət zamanı bildirdilər ki, zavoddan haqlarını tələb edəndə də onları işdən çıxarılmaqla hədələyiblər.
 
Nemət Məmmədov deyir ki, 2012-ci ildən sürücü işləyir. O da kompensasiyasının verilməməsindən narazıdır: “2014-cü ilin aprelindən 2015-ci ilin dekabr ayına qədər hamı artıq saatla işləyib. Hamının 130- 120 saat əlavə vaxtı var, ancaq onların ödənişini verməyiblər”.
 
“Zavodda 70-ci maddənin b bəndi ilə ixtisarlar başlayıb. 7-8 il işləyən adamlarıq. Yerimizə götürülən işçilərlə bağlı narazılığımızı bildirəndə də, bizə deyirlər ki, “onların adamı var, sizlik deyil bura, siz gedin öz evinizdə dincəlin”” - deyir Ramin Cəfərov.
 
Sürücü Elçin Nəsibov 2007-ci ilin noyabrından zavodda çalışır: “Maşını əlimdən alıb başqa sürücüyə veriblər. Nə təzminat ala bilməmişəm, nə də artıq saatımın pulunu”. 
Famil İsmayılovun da eyni problem var. Deyir ki, 5 ildir zavodda işləyir: “İşdən çıxarıb “Akkord” MMC-yə köçürdülər. Ancaq təzminat pulumu vermədilər. İşə də çağırmırlar. Cavan oğlanam. Evimə çörək pulu aparmaq istəyirəm. Artıq saatlarımı, bayram günü və təzminat pulumun hamısını versinlər”.
 
Qazax Sement Zavodundan Meydan TV-yə bildirdilər ki, işçilərlə görüşüb məsələyə aydınlıq gətirməyə çalışıblar. İşçilərin hər birinin şikayələrini qeyd edib, nəzərə alıblar. Zavod rəhbərliyinin sözlərinə görə, hər bir işçinin haqqını ödəyəcəklər.

Google+ WhatsApp ok.ru