Məkkədə oteldə yanğın - 570 zəvvar evakuasiya edildi

Eastnews.org-un verdiyi xəbərə görə, bu gün Səudiyyə Ərəbisatnının Məkkə şəhərində Kəbədə Ümrə ziyarətini həyatə keçirmək üçün şəhərə gələn zəvvarların qaldığı oteldə yanğın baş verib.

Yanğın zamanı oteldəki müxtəlif millətləridən olan təxminən 570 zəvvar oteldən evakuasiya edilib. Hadisə zamanı oteldəkilərdən birinin xəsarət aldığını, hazırda isə vəziyyətinin stabil olduğunu qeyd edən Məkkə Mülki Müdafiə Baş İdarəsinin nümayəndəsi mayor Naif əl-Şərif hadisəylə bağlı verdiyi açıqlamada

"Məkkə şəhərinin İbrahim əl-Xəlil küçəsində yanğın hadisəsinin baş verməsiylə bağlı gələn məlumat əsasında hadisə yerinə yollanan yanğınsöndürmə briqadaları 14 mərtəbəli otelin 7-ci mərtəbəsində baş verən yanğını söndürməyə müvəffəq olub.  İstintaq yanğının səbəblərinin araşdırılması ilə məşğuldur", -deyə bildirib. 

Google+ WhatsApp ok.ru