Məsciddə qeyri-müsəlmanlara kabab qonaqlığı

Məsciddə qeyri-müsəlmanlara kabab qonaqlığı

Vaşinqtonun Sitl (Seattle) şəhərində yerləşən "İdris" məscidində, qonşuluqda yerləşən qeyri-müsəlmanlara  “kabab bayramı” adı altında  qonaqlıq verirlər. 
 
Maide.Az xəbər verir ki, bu addımla məsciddəki müsəlmanlar həmin qeyri-müsəlman qonşulara  onları dəstəklədikləri üçün öz minnətdarlığını bildirir. Bu ənənə "İdris" məscidində artıq 15 ildir ki, davam edir. 
 
“Kabab bayramında”  yüzlərlə qeyri-müsəlman və Sitl (Seattle) şəhər polis rəisi də iştirak edir. 
 
 “Kabab bayramın”da  iştirak edənlər bildirir ki,  Amerikada müsəlmanlara qarşı təhlükə və islamofobiyanın geniş yayılmasını nəzərə alaraq, bu tədbirə qoşulurlar və müsəlmanlara öz dəstəklərini nümayiş etdirirlər. 
 
Vaşinqton İslami Mərkəzinin sözçüsü və "İdris" məscidinin nümayəndəsi Haşim Fərəcullah deyib ki, qeyri-müsəlmanlar bu tədbirdə iştirak etməklə KİV-lərin müsəlmanlara qarşı mənfi təbliğatına cavab verirlər. 
 
Qeyd edək ki, məlum 11 sentyabr hadisələrindən sonra qeyri-müsəlmanlar  müsəlmanları dəstəkləmək və müsəlmanlara qarşı təhlükənin qarşısını almaq məqsədi ilə 2 ay boyunca könüllü olaraq məscidin qarşısında  növbə çəkdilər. Bundan sonra məscid qərar qəbul edib ki, qeyri-müsəlmanlara öz təşəkkürlərini bildirmək üçün hər il "İdris" məscidində “kabab bayramı” adlı tədbir keçirsinlər.⁠⁠⁠⁠

Google+ WhatsApp ok.ru