Mərakeş dərsliklərində Quran ayəsi təhrif olundu 24 Sentyabr 2016 01:00 Dünya Mərakeşdə ibtidai sinif şagirdləri üçün hazırlanan İslam tərbiyəsi dərsliyinin çapında Quran ayəsi təhrif olunub. Maide.Az xəbər verir ki, "Əl-Qudsul Ərəbi" saytının məlumatına görə, Mərakeş Təhsil Nazirliyi, ibtidai sinif dərsliyi olan "İslam tərbiyəsi" kitabında olan səhvləri nəşriyyatın diqqətsizliyi olduğunu və kitabların kitabxanalalardan yığılacağını bildirib. İbtidai sinif dərsliyində Quran ayəsinin təhrif olunması barədə xəbər internet saytlarında yayımlanıb. Xəbərin yayılmasından sonra Mərakeş Təhsil Nazirliyi yaydığı açıqlama bildirib ki, bu kitablar nazirliklə razılaşdırılmadan çap olunub. Nazirliyin yaydığı bəyanatda bildirilir: Biz ibtidai siniflər üçün "İslam tərbiyəsi" adı altında kitab nəzərdə tutmamışıq. Bu hadisənin bütün məsuliyyəti nəşriyyatın üzərindədir. Qeyd edək ki, Mərakeşdə bəzi nəşriyyatlar ibtidai siniflər üçün "İslam tərbiyəsi" adı altında kitablar çap ediblər. Həmin kitablarda bəzi Quran ayələri təhrif olunub. / Teqlər : #Mərakeş dərsliklərində Quran ayəsi təhrif olundu , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Zika virusuna qarşı vaksin meymunlar üzərində uğurla sınaqdan keçirilib Həcc və Ümrə ziyarətinə ikinci dəfə gedənlər əlavə pul ödəməli olacaq
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO