Məşhur Əhli-Beyt (ə) məddahı Ustad Səlim Müəzzinzadə vəfat edib -FOTO

Məşhur Əhli-Beyt (ə) məddahı Ustad Səlim Müəzzinzadə vəfat edib -FOTO

`Mən öləndən sonra məni `Zeynəb, Zeynəb` mərsiyəsini oxuyaraq dəfn edərsiz`

Məşhur Əhli-Beyt (ə) məddahı Ustad Səlim Müəzzinzadə Ərdəbili bu gün səhər 80 yaşında vəfat edib. 
 
Maide.Az İranın “asriran” xəbər saytına istinadən məlumat verir ki, məşhur məddah, 1936-cı ildə Ərdəbil şəhərində dünyaya gəlib. Növhələrinin çoxunu azərbaycan dilində yazıb. 
 
S.Müəzzinzadə ömrünü Əhli-Beyt (ə) məddahlığına sərf edib. Ondan 2 mindən çox növhə və mərsiyyə qalıb. Müəzzinzadə Azərbaycan dili ilə yanaşı həm də Fars və Ərəb dilində də mərsiyyə və növhələr oxuyub. “Zeynəb Zeynəb” mərsiyəsi S.Müəzzinzadənin şah əsəri hesab olunur. 
 
O, görkəmli müəzzin Rəhim Müəzzinzadə Ərdəbilinin qardaşıdır. Atası Əbdülkərim Müəzzinzadə Ərdəbilidə İran radiosunun ilk müəzzini idi. Onun qardaşı Rəhim Müəzzinzadə səsləndirdiyi azanıyla islam dünyasının müəzzini olmuşdu. Bayatı-Türk üzərində oxuduğu məhşur azanı uzun illərdir məscid minarələrindən ucalır.
 
S.Müəzzinzadə bir müddət öncə "Etimad" qəzetinə müsahibəsində demişdi ki, mən öləndən sonra məni  "Zeynəb, Zeynəb" mərsiyəsini oxuyaraq dəfn edərsiz. 
 
Qeyd edə ki, S.Müəzzinzadə İran İslam Respublikası prezidenti tərəfindən  "Milli Mədəniyyət Nişanı" ilə təltif edilib.
 
Mərhumun oğlu bildirib ki, dəfn mərasimi sabah Ərdəbildə keçiriləcək. Hələlik dəfn mərasimi ilə bağlı detallar açıqlanmayıb. 
 
Allah rəhmət eləsin!
 
 
Ustad Səlim Müəzzinzadənin "Zeynəb Zeynəb" mərsiyəsini BURDAN  dinləyə bilərsiz! 
 
 
 

 

Google+ WhatsApp ok.ru