Məhəmməd Cavad Zərif: `İran milləti tarix boyunca 3 dəfə yəhudiləri xilas edib`

Məhəmməd Cavad Zərif: `İran milləti tarix boyunca 3 dəfə yəhudiləri xilas edib`

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif İran millətinin tarix boyunca 3 dəfə yəhudiləri xilas etdiyini söyləyib.
 
Deyerler.org İRNA-ya istinadən xəbər verir ki, sionist İsrail rejiminin baş naziri Benyamin Netanyahu bütün tarixi həqiqətləri təhrif etməyə çalışıb. "İran 2500 il yəhudilərin məhv etməyə çalışdı, lakin bacara bilmədi", - deməsindən sonra, Zərif Twitter səhifəsindən bu açıqlamanı verib: "Növbəti dəfə Netanyahu təkcə zamanımızın həqiqətlərini təhrif etməklə kifayətlənməyib, hətta keçmişi, müqəddəs kitabı da təhrif etməyə çalışır. Təəssüb və irqçiliyin yəhudiləri tarix boyu 3 dəfə xilas edən bir millətə qarşı belə bir ittiham etməsi təsir edicidir".
 
Zərif mesajının davamında isə belə qeyd edib: "Ester kitabında İran padşahı Haşayarşanın yəhudiləri Haman sui-qəsdindən xilas etdiyini yazır, ikinci dəfə Kez Kuruşun dövründə İran padşahı yəhudiləri Babildə əsarətdən xilas etdi və ikinci dünya müharibəsində də yəhudilərin qətliamı vaxtı iranlılar onlara qucaq açdı".
 

Google+ WhatsApp ok.ru