Mənzil alarkən sağlamlığınızı da düşünün

Mənzil alarkən sağlamlığınızı da düşünün

Təbii ki, mənzil sahibi olmaq hər bir kəsin arzusudur. Bunun üçün insanlar illər boyu çalışır və öz arzularını həyata keçirmək istəyir. Amma bir çox hallarda mənzil alan şəxs öz sağlamlığı haqqında düşünməyi unudur.
 
Hazırda çoxmərtəbəli binalarda mənzil almaq çox dəbdədir. Mənzili əldə etmək imkanında olanlar isə yeni tikilmiş “göydələn”lərin yuxarı mərtəbələrində ev almağa üstünlük verirlər. Bunu belə əsaslandırırlar ki, binanın yuxarı qatından şəhərin ümumi mənzərəsi və xüsusilə də dəniz daha yaxşı görünür. Bəli, bu zövq məsələsidir. Bəs sağlamlıq?
 
Maide.İnfo Modern.az-a istinadən xəbər verir ki, mütəxəssislərin rəyinə görə 7-ci mərtəbədən yuxarıda olan mənzillərdə yaşamaq insan sağlamlığı üçün ciddi problemlər yarada bilər. Belə ki, orqanizm üçün vacib olan yerin maqnit sahəsinin zəifləməsi bir çox xəstəliklərin başlanğıcı üçün şərait yaradır. Məhz yerin maqnit sahəsi artıq 7-ci mərtəbədən başlayaraq zəifləyir ki, bu da müvafiq normalara cavab vermir.
 
Geomaqnit sahənin zəifləməsi insanın ürək-damar, sinir və immun sisteminə mənfi təsir göstərərək orqanizm üçün gərginlik yaradır, bədənin artıq yüklənməsinə və çalışmasına səbəb olur.
 
Bununla yanaşı, mütəxəssislər binanın hansı materialdan tikilməsi ilə bağlı da nəticəyə gəlib. Belə ki, beton binada maqnit səhəsi 10 faiz, kərpic binada 7 faiz, ağacdan tikilmiş evlərdə isə 1 faiz zəifləyir.
 
Odur ki, “göydələn”lərdə mənzil almaq arzusu olub imkanı çatmayanlar heç də ürəklərini sıxmasınlar. Hündür mərtəbələrdən xəstələnmək riski ilə Xəzəri seyr etməkdənsə, elə Xəzərin sahilində köhnə dədə-baba evlərində yaşamaq daha sərfəlidir. /

Google+ WhatsApp ok.ru