Məkkədə hoteldə yanğın - 600 zəvvar təxliyə edilib 21 Avqust 2017 01:00 Xəbərlər Məkkədə həcc ziyarəti üçün gələn zəvvarların qaldığı hoteldə yanğın baş verib. Hadisə nəticəsində hotelin 600-dək zəvvarı təxliyə edilib. Yanğın bazar günü axşam 15 mərtəbəli hotel binasının 8-ci mətəbəsində kondisioner sisteminin bayır hissəsində baş verib. Hadisə yerinə gələn fövqəladə xidmətləri mehmanxananın bütün qonaqları və əməkdaşlarını küçəyə çıxarıb və yanğın söndürülüb. Xəsarət alan olmayıb. Bundan sonra zəvvarların öz otaqlarına qayıtmalarına icazə verilib.(İslaminSesi) Teqlər : #Məkkədə hoteldə yanğın 600 zəvvar təxliyə edilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Göyçay İcra Hakimiyyəti mərkəzi bazarı bağladı: ticarətçilərlə qarşıdurma Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirlərinin Bakıda görüşü gözlənilir